AZ

Aİ Gürcüstanın inteqrasiya prosesini dayandırıb

Gürcüstanın Avropa İttifaqına (Aİ) inteqrasiyası prosesi dayandırılıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Aİ-nin bu ölkədəki səfiri Pavel Qerçinski məlumat verib.

Onun sözlərinə görə, hazırkı Gürcüstan hökumətinin niyyətləri Aİ liderləri üçün aydın deyil. Diplomat əlavə edib ki, Xarici Təsirdə Şəffaflıq Aktı açıq şəkildə geriyə doğru bir addımdır.

“Həmçinin, anti-Qərb, anti-Avropa ritorikası elan edilmiş Aİ-yə daxil olmaq məqsədi ilə tamamilə uyğun gəlmir. Təəssüflər olsun ki, hazırda Gürcüstanın Aİ-yə qəbulu dayandırılıb”.

Bundan əvvəl Qerçinski bildirmişdi ki, Avropa İttifaqı xarici agentlər haqqında qanuna görə Gürcüstanın Müdafiə Nazirliyinə ayrılan 30 milyon avronu dondurub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
81
40
nocomment.az

10Mənbələr