AZ

Xankəndidə “Palace” və “Qarabağ” hotellərində qonaqların rahatlığı üçün hər cür şərait yaradılıb - FOTO

Azərbaycanın bir qrup media nümayəndəsi Prezident İlham Əliyevin iyulun 5-də Xankəndi şəhərində əsaslı təmir və bərpadan sonra açılışını etdiyi "Palace" və "Qarabağ" hotelində yaradılan şəraitlə tanış olublar.

Milli.Az Trend-ə istinadən bildirir ki, "Palace" hoteldə müxtəlif tipli 54 otaq var.

Burada ən müasir iaşə məkanları da yaradılıb. Lobbi, açıq və qapalı terras zonalarından ibarət restoranda 300 qonağı qəbul etmək imkanı olacaq.

Bundan başqa, burada səhər yeməyi restoranı, "Şirin Coffee & Bakery", "Cafe Park-Fast Food" və "Dəfnə" restoranları fəaliyyət göstərəcək. Hotelin əyləncə və istirahət zonalarında SPA, sauna və qapalı hovuz, idman zalı yaradılıb.

Daha sonra jurnalistlərə "Qarabağ" hotelində yaradılan şəraitlə bağlı ətraflı məlumat verilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
84
12
milli.az

10Mənbələr