“Qarabağ” Avstriyadakı təlim-məşq toplanışı çərçivəsində bu gün iki yoldaşlıq oyunu keçirəcək.
Bizim.Media xəbər verir ki, Ağdam təmsilçisi əvvəlcə Almaniyanın “Kayzerslautern” klubu ilə qarşılaşıb.
Həmin oyun Bakı vaxtı ilə 14:30-da başlayıb. Qarşılaşma Azərbaycan çempionunun 1:3 hesablı məğlubiyyəti ilə yekunlaşıb. "Qarabağ"ın heyətində Elvin Cəfərquliyev fərqlənib.
Günün ikinci matçında isə Ağdam təmsilçisi saat 20:00-da “Viktoriya”(Plzen) ilə üz-üzə gələcək.
Rəşad Rafiqoğlu, Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta