AZ

Dubay klubu “Qarabağ”ın legionerinə təklif göndərdi

“Qarabağ”ın əsas futbolçularından biri olan Yasin Benziya sərfəli təklif alıb.

Bizim Media xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin “Əl Nəsr” klubu yarımmüdafiəçini transfer etmək istəyir.

Dubay təmsilçisi yay fasiləsində Benziyanı heyətinə cəlb etmək istəyir. Benziya özü “Qarabağ”da qalmaq istəsə də, son qərarını yaxın günlərdə verməlidir.

Qeyd edək ki, futbolçunun növbəti mövsümün sonuna qədər “Qarabağ”la müqaviləsi var.

Rəşad Rafiqoğlu, Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
96
1
bizim.media

10Mənbələr