AZ

Bayden: ABŞ Ukraynanın HHM sistemini gücləndirmək üçün tədbirlər görəcək

Vaşinqton və müttəfiqləri Ukraynanın hava hücumundan müdafiə imkanlarını gücləndirmək üçün yeni addımlar atmaq niyyətindədirlər.

NOCOMMENT.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Co Baydenin Ağ Evin saytında dərc olunmuş bəyanatında deyilir.

Məlumata görə, bu həftə Amerika lideri Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşəcək. Baydenin sözlərinə görə, ABŞ “müttəfiqləri ilə birlikdə Ukraynanın hava hücumundan müdafiə sistemini gücləndirmək üçün yeni tədbirləri elan edəcək”.

Bundan əvvəl Ağ Evin yüksək rütbəli rəsmisi bildirib ki, ABŞ Vaşinqtonda keçiriləcək NATO sammitində Ukraynanın hava hücumundan müdafiəsini gücləndirmək üçün yeni tədbirləri elan etməyi planlaşdırır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
45
42
nocomment.az

10Mənbələr