Misir İsrailin Qəzzada müharibəni sonlandırmaq üçün siyasi iradə nümayiş etdirmədiyini bəyan edib.

Leqal.info xəbər verir ki, bu barədə Misir Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilib.

"İsrailin silahsız fələstinliləri qəsdən öldürməsi Qəzzada müharibəyə son qoymaq üçün siyasi iradəsinin olmadığını göstərir", - bəyanatda qeyd olunub.

Misir Xarici İşlər Nazirliyinin bu bəyanatı İsrailin Qəzzada köçkünlərin sığındığı məktəbə endirdiyi zərbədən sonra verilib.

Fələstinin rəsmi xəbər agentliyinin verdiyi məlumata əsasən, bu zərbə nəticəsində 100-dən artıq fələstinli həlak olub və onlarla fələstinli yaralanıb. İsrail ordusu isə HAMAS-ın komanda mərkəzini vurduğunu bildirib.

Leqal.info