AZ

“Metro İstanbul”un baş direktoru: Dünya metropolitenlərinə yeni bir platforma təqdim ediləcək

“Bakı Metropoliteni” QSC və “Metro İstanbul” uzun illərdir uğurlu əməkdaşlıq edir. Bura əsasən yeni texnologiyalar, texniki xidmət, eyni zamanda qulluq və təmir sahəsində təcrübə mübadiləsi daxildir.

“İki sahil” xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlaması zamanı “Metro İstanbul”un baş direktoru Özğür Soy bildirib.

Onun sözlərinə görə, bu işbirliyi bu gün yeni bir platforma üzrə davam edəcək.

“Metropolitenlər arasında imzalanan anlaşma memorandumu nəticəsində 2025-ci ilin aprelində Bakıda dünya metropolitenlərinin Sammiti təşkil ediləcək, daha sonra İstanbulda davam edəcək. Ümumilikdə isə iki qardaş ölkə arasında əməkdaşlıq dünya dövlətlərinə bir örnək olmaqla yanaşı, dünya metropolitenlərinə yeni bir platforma təqdim edəcək”, - deyə Özğür Soy vurğulayıb.

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov isə qeyd edib ki, son illərdə dünya texnologiyasında süni zəka da daxil olmaqla informasiya-kommunikasiya texnologiyalarının, rəqəmsallaşmanın sürəti həddən artıq çoxdur. Bu sürət həddində bütün sistemlərin tənzimlənməsi yeni, vahid formanın düşünülməsi istiqamətlərini ən aktual məsələ kimi təkcə Bakı və İstanbul metropolitenlərini deyil, dünyanın bir çox ölkələrinin metropolitenlərini də düşündürür: “Apardığımız müşahidələr göstərir ki, Bakıda keçiriləcək sammit ən uğurlu layihələrdən biri olacaq və dünya mertopolitenlərini birləşdirən bir platformaya çevriləcək”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
99
29
ikisahil.az

10Mənbələr