“Hadisəni törədən şəxslər dəfələrlə məhkumluq həyatı yaşamış cinayətkarlardır. Ona görə də, mərhum polisimiz cinayətkarın olduğu yerə tək deyil, ilk növbədə dəstə şəkilində gəlməli idi. Bundan başqa, polisin üzərində qandaldan tutmuş, odlu silaha qədər olmalıdır. Həmin an onlara silahdan istifadə etməsi üçün imkan yaranır. Qanunlar da buna icazə verir. Keçmiş polis əməkdaşı kimi onu deyə bilərəm ki, onlara təlimat düzgün verilməli, axtarışda olan vətəndaşın yaxalanması üçün necə yanaşmaq, nə etmək lazım olduğunu, qrupda olan hər bir nəfərin vəzifəsi, kimliyi dəqiq müəyyən olunmalı idi. Hətta burada hansı hallarda silahdan istifadə edə bilmək məsələsinə qədər təlimat olmalıdır. Polis və “Əməliyyat-axtarış fəaliyyəti” haqqında Qanunda odlu silahdan istifadə etmək qaydaları var. Bu gün polislərin tələblərinə tabe olmama hərəkətləri adi hala çevrilib. İstər Dövlət Yol Polisi əməkdaşlarının tələblərinə, istərsə də ərazidə vətəndaşın təhlükəsizliyini təmin edən polislərin. Bunun üçün qanunvericilikdə dəyişiklik etməyə dəyər. Bəzən polis silahdan ona görə istifadə etmir ki, birdən sonrakı araşdırmalar onun əleyhinə olar”.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta