AZ

"Honda"nın əfsanəvi avtomobilinin qırmızı rəngli modeli gəlir - FOTOLAR

Yaponiyanın nəhəng avtomobil istehsalçısı "Honda" əfsanəvi modelini yeniləyib.

Hit.az xəbər verir ki, söhbət "Prelude" adlı avtomobildən gedir.

Ötən il Yaponiyada təqdim olunan modelin Avropadakı satışları da başlayır. Belə ki, hibrid avtomobilin artıq Avropaya ixracına qərar verilib. 

Ən çox diqqətçəkən isə əfsanəvi modelin qırmızı rəngdə olan versiyası olub. İkiqapılı avtomobilin içərisində 4 oturacaq var. Avtomobilin mühərrikinin həcmi isə 2.0-dir. 

Görünüşlə bağlı digər detalları isə orginalı ilə eyni saxlamağa üstünlük verilib. "Honda" bu avtomobilin yanacaq cəhətdən də qənaətcil olduğunu açıqlayıb. "Prelude" idman stilində olmasına baxmayaraq, şirkət onu idman avtomobili adlandırmayıb.

Qeyd edək ki, "Honda Prelude"nin ən yeni qırmızı modeli 11-14 iyul tarixlərində "Goodwood Festival of Speed" sərgisində nümayiş olunacaq. 

Pərviz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
97
50
hit.az

10Mənbələr