AZ

Məzahir Pənahovdan XƏBƏRDARLIQ: "Cəzalandıracağıq"

"Seçki məntəqələrində tələbləri pozan şəxsləri cəzalandıracağıq. Bu, istər davranış qaydaları, istərsə də digər məqamlarla bağlı ola bilər".

Herbiand.az xəbər verir ki, bunu bu gün dairə seçki komissiyalarının rəhbərləri üçün keçirilən müşavirədə çıxış edərkən MSK sədri Məzahir Pənahov deyib.

Sədr bununla bağlı DSK rəhbərlərinə və üzvlərinə müraciət edib.

"İnsanlarla davranış qaydalarına diqqət etməlisiniz. Hər hansı bir pozuntunun, neqativ halın olmasına yol verilməməlidir. Əgər sizdən asılı olmayan çatışmazlıq, məsələ olarsa, MSK-ya müraciət etməlisiniz. Bu, ölkə əhəmiyyətli məsələ olduğu üçün şəxsi marağınız arxa planda qalmalıdır", - deyə qeyd edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
77
27
herbiand.az

10Mənbələr