AZ

MSK sədrindən xəbərdarlıq: Onlar cəzalandırılacaq

Seçki məntəqələrində tələbləri pozanlar cəzalandırılacaq.

Aktual.az  xəbər verir ki, bunu iyulun 10-da Mərkəzi Seçki Komissiyasında (MSK) dairə seçki komissiyalarının rəhbərləri üçün keçirilən müşavirədə çıxış edərkən MSK sədri Məzahir Pənahov deyib.

O, dairə seçki komissiyalarının rəhbərlərinə və üzvlərinə xəbərdarlıq edib.

"İnsanlarla davranış qaydalarına diqqət etməlisiniz. Hər hansı bir pozuntunun, neqativ halın olmasına yol verilməməlidir. Əgər sizdən asılı olmayan çatışmazlıq, məsələ olarsa, MSK-ya müraciət etməlisiniz. Bu, ölkə əhəmiyyətli məsələ olduğu üçün şəxsi marağınız arxa planda qalmalıdır".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
139
27
ulusum.az

10Mənbələr