Bakı. Trend:
Rusiya Federasiyasının Yekaterinburq şəhərinə işgüzar səfərçərçivəsində iqtisadiyyat nazirinin birinci müavini Elnur ƏliyevTürkiyənin sənaye və texnologiya nazirinin müavini AhmetYozqatlıgil ilə görüşüb.
Trend xəbər verir ki, görüşdə Türkiyə ilə Azərbaycan arasındatərəfdaşlığın bütün istiqamətlər üzrə gücləndiyi vurğulanıb.
İqtisadi münasibətlərin daha da genişləndirilməsi üçünqarşılıqlı investisiya qoyuluşu, sənaye və texnologiya sahələrindətəcrübə mübadiləsi, eləcə də digər istiqamətlər üzrə əməkdaşlığınmöhkəmləndirilməsi imkanları qeyd edilib. Tərəflər ölkələrimizarasında sənaye və yüksək texnologiyalar sahələrində reallaşdırılantəşəbbüslərin hər iki ölkənin dayanıqlı iqtisadi inkişafının təminedilməsində önəmini vurğulayıblar.
Görüşdə iqtisadi-ticari əlaqələrin genişləndirilməsi, türk işadamlarının Azərbaycanda həyata keçirilən yeni layihələrdəiştirakı, sənaye parkları və məhəllələrinə investisiya yatırılmasıbarədə fikir mübadiləsi aparılıb.