AZ

Azərbaycanla Türkiyə arasında əməkdaşlığın möhkəmləndirilməsi imkanları müzakirə olunub

Bakı, TurkicWorld

Rusiya Federasiyasının Yekaterinburq şəhərinə işgüzar səfər çərçivəsində iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Türkiyənin sənaye və texnologiya nazirinin müavini Ahmet Yozqatlıgil ilə görüşüb.

TurkicWorld xəbər verir ki, görüşdə Türkiyə ilə Azərbaycan arasında tərəfdaşlığın bütün istiqamətlər üzrə gücləndiyi vurğulanıb.

İqtisadi münasibətlərin daha da genişləndirilməsi üçün qarşılıqlı investisiya qoyuluşu, sənaye və texnologiya sahələrində təcrübə mübadiləsi, eləcə də digər istiqamətlər üzrə əməkdaşlığın möhkəmləndirilməsi imkanları qeyd edilib. Tərəflər ölkələrimiz arasında sənaye və yüksək texnologiyalar sahələrində reallaşdırılan təşəbbüslərin hər iki ölkənin dayanıqlı iqtisadi inkişafının təmin edilməsində önəmini vurğulayıblar.

Görüşdə iqtisadi-ticari əlaqələrin genişləndirilməsi, türk iş adamlarının Azərbaycanda həyata keçirilən yeni layihələrdə iştirakı, sənaye parkları və məhəllələrinə investisiya yatırılması barədə fikir mübadiləsi aparılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
26
7
turkic.world

10Mənbələr