AZ

İranın yeni seçilmiş prezidentinin andiçmə mərasiminin tarixi bəlli oldu

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



İranın yeni seçilmiş Prezidenti Məsud Pezeşkianın andiçmə mərasiminin tarixi bəlli olub.
ISNA-nın məlumatına görə, bu barədə İslam Şurası Rəyasət Heyətinin üzvü Müctəbi Yusefi bildirib.
Onun sözlərinə görə, yeni dövlət başçısının inaqurasiya prosesi iyulun 30-na təyin olunub.
Xatırladaq ki, islahatçı, azərbaycanəsilli siyasətçi Məsud Pezeşkian İranda növbədənkənar prezident seçkisinin ikinci turunda 16.3 milyon səs toplayaraq qalib gəlib. Onun rəqibi, mühafizəkar qanadın nümayəndəsi Səid Cəlili 13.5 milyon səs toplayıb.
İranda növbədənkənar seçki bu ilin mayında İbrahim Rəisinin helikopter qəzasına düşməsindən sonra təyin edilib. Qəzaya düşən helikopterdə İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian da daxil olmaqla daha səkkiz nəfər olub. Heç kim sağ qalmayıb.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
359
50
oxu.az

10Mənbələr