AZ

İsrail ərəb ölkəsi ilə bir milyard dollar məbləğində sövdələşmə imzalayıb

 
"OptSat 500" peykinin qabaqcıl imkanları hərbi hədəflər üçün qiymətlidir və hərbi əməliyyatların səmərəsi və nəticələrini yüksəldir..."
 
Qəzzada müharibənin qızğın çağında İsrail Mərakeşlə təhlükəsiz sahəsində əlaqələrini dərinləşdirir.
 
Moderator.az xəbər verir ki, bu barədə "1prime.ru" nəşri yazıb.
 
Məlumatda deyilir ki, İsrailin "İsrael Aerospace İndustries" (IAI, "İsrail Aviasiya Sənayesi") şirkəti Mərakeşə bir milyard dollarlıq sövdələşmə çərçivəsində "OptSat 500" kəşfiyyat peyki verəcək.
 
İsrail və Mərakeş 2023-cü ilin sonunda saziş bağlamaq barədə razlığa gəlib və bu günlərdə onu imzalayıb.
 
Bu peykin təxminən beş ildən sonra tədarük ediləcəyi gözlənilir, o, hazırda Mərakeşdə istifadə edilən iki "Airbus" peykini- "Mohammed VI-A" və "Mohammed VI-B" peyklərini əvəzləyəcək.
 
Jurnalistlər vurğulayır ki, Mərakeşin bu addımları "hava, yürüstü və dəniz müdafiəsi sahəsində hərbi potensialın yüksəlməsinə yönəlib".
 
"Dünən IAI Təl-Əvivin fond birjasına adı açıqlanmayan tərəflə müqavilə barədə məlumat verib. Qeyd edilir ki, müqavilə müəyyən edilən mərhələlərin icrasından asılı olaraq təxminən beş il ərzində ödənişlər edilməsini nəzərdə tutur. 
 
Birjanın məlumatında müqavilənin mahiyyəti dəqiqləşdirilmir. Təhlükəsizlik xidmətlərindəki mənbələr IAI-nın elanının kəşfiyyat peyki tədarükünün nəgəng sövdələşməsinə aid olduğunu təsdiq edib.
 
Bundan başqa, bəlli olub ki, son günlər IAI İdarə heyətinin sədri Əmir Perets indiyədək məxfi saxlanılan sövdələşməni imzalamaq üçün Avropa ölkələrinin biri vasitəsilə Mərakeşə uçub", - nəşr yazıb.
 
"OptSat 500" yeni kosmik yanaşma ilə istehsal edilən müasir mikropeykdir. 
 
Yerin müşahidə edilməsi peyklərinin tətbiq sahəsi genişdir və ətraf mühitin monitorinqi, kənd təsərrüfatı, şəhər planlaşdırılması, təbii fəlakətlərin izlənilməsi və iqlim tədqiqatları sahəsində həlledici əhəmiyyət kəsb edir.
 
Bu peyklər yüksək məkanı əhatə etməklə qiymətli peyk təsvirləri ötürür, bu da Yer səthinin detallı təhlilini aparmağa imkan verir.
 
"OptSat 500" peyki hərb sahəsində də geniş tətbiq edilir. Peyk təsvirlərinin yükdək məkanı əhatə etməsi düşmənin hərəkətlərinin,  infrastrukturunun və yerdə yerdəyişmələrinin detallı monitorinqini həyata keçirməyə imkan verir.
 
Bu məlumat hərbi planlaşdırma, hədəflərin identifikasiyası və vəziyyət barədə məlumatlılıq üçün həlledici əhəmiyyət kəsb edə bilər.
 
"OptSat 500" həmçinin xəritəşünaslıq və geoməkan kəşfiyyatı üçün istifadə edilə bilər, bu da ərazinin dəqiq qiymətləndirilməsi, potensial təhlükələrin aşkar edilməsi və strateji manevrlərin planlaşdırılmasında hərbçilərə kömək edəcək. 
 
Peykin bir neçə spektral diapazonlarda şəkillər çəkmək qabiliyyəti torpaq örtüyü, bitki sıxlığı və ətraf mühitin digər amilləri barədə qiymətli məlumat verə bilər, bu da hərbi əməliyyatlara təsir göstərə bilər.
 
Bundan başqa, bu peykin optik sensorları və quru və buzun hərəkətinin monitorinq imkanları, habelə dəniz hündürlüyünün ölçülməsi dəniz müşahidəsi və sahilyanı zonaların monitorinqi üçün istifadə edilə bilər.
 
Bu məlumat dəniz təhlükəsizliyi, sərhəd nəzarəti və kritik infrastrukturun müdafiəsi üçün həyatı əhəmiyyətə malikdir.
 
Bütövlükdə, "OptSat 500" peykinin distant zondlanmasının qabaqcıl imkanları onu hərbi hədəflər üçün qiymətli aktivə çevirərək, müxtəlif sahələrdə hərbi əməliyyatların səmərəsi və nəticələrini yüksəldir.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
83
37
moderator.az

10Mənbələr