AZ

“Bakı Fond Birjası” ötən il 400 min manata yaxın zərər edib

“Bakı Fond Birjası” QSC (BFB) 2023-cü il üzrə maliyyə hesabatlarını açıqlayıb.

Bakıvaxtı.az BFB-nin maliyyə hesabatlarına istinadən xəbər verir ki, ötən il BFB 367.9 min manat zərər edib. 2022-ci ildə isə qurumun zərəri 256 min manat idi.

    Hesabat dövründə birjanın gəlirləri 3% artaraq 2 milyon 275.6 min manata, əməliyyat xərcləri isə 0.3% azalaraq 2 milyon 764.7 min manata bərabər olub. Beləliklə BFB-nin əməliyyat zərəri 489.2 min manat təşkil edib.

    Ötən il BFB-nın cəmi aktivləri əvvəlki illə müqayisədə 5.6% və ya 674.3 min manat azalaraq 11 milyon 262.5 min manata, cəmi öhdəlikləri isə 8.7% və ya 124.2 min manat azalaraq 1 milyon 308.5 min manata bərabər olub.

    2024-cü il yanvarın 1-nə BFB-nin cəmi kapitalı 9 milyon 954 min manat təşkil edib ki, bu da əvvəlki ilə nisbətən 5.2% və ya 550 min manat azdır.

    Xatırladaq ki, 5.04 milyon manat nizamnamə kapitalı olan Bakı Fond Birjası 27 avqust 1997-ci ildə yaradılıb.APA

    Bütün xəbərləri reklamsız oxumaq üçün

    Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

    Seçilən
    47
    2
    bakivaxti.az

    3Mənbələr