AZ

“Bakı Fond Birjası” ötən il 400 min manata yaxın zərər edib

Bakı. Trend:

“Bakı Fond Birjası” QSC (BFB) 2023-cü il üzrə maliyyəhesabatlarını açıqlayıb.

Trend BFB-nin maliyyəhesabatlarına istinadən xəbər verir ki, ötən il BFB 367.9 min manatzərər edib. 2022-ci ildə isə qurumun zərəri 256 min manat idi.

Hesabat dövründə birjanın gəlirləri 3% artaraq 2 milyon 275.6min manata, əməliyyat xərcləri isə 0.3% azalaraq 2 milyon 764.7 minmanata bərabər olub. Beləliklə BFB-nin əməliyyat zərəri 489.2 minmanat təşkil edib.

Ötən il BFB-nın cəmi aktivləri əvvəlki illə müqayisədə 5.6% vəya 674.3 min manat azalaraq 11 milyon 262.5 min manata, cəmiöhdəlikləri isə 8.7% və ya 124.2 min manat azalaraq 1 milyon 308.5min manata bərabər olub.

2024-cü il yanvarın 1-nə BFB-nin cəmi kapitalı 9 milyon 954 minmanat təşkil edib ki, bu da əvvəlki ilə nisbətən 5.2% və ya 550 minmanat azdır.

Xatırladaq ki, 5.04 milyon manat nizamnamə kapitalı olan BakıFond Birjası 27 avqust 1997-ci ildə yaradılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
23
2
az.trend.az

3Mənbələr