AZ

“Səba” şirkəti “Chicken Pro.”, “Biləsuvar Aqro” və “Qarabağ Toxum”dakı paylarını satır

29 iyul 2024-cü il saat 15:00-a təyin edilmiş Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 1 ünvanında keçiriləcək “Səba” Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının növbədənkənar ümumi yığıncağının gündəliyinə dəyişikliklər edilmişdir.

Banker.az xəbər verir ki, ümumi yığıncağın gündəliyinə aşağıdakı məsələlərin müzakirəsi daxil edilmişdir:

1. “Səba” ASC tərəfindən emissiya edilmiş səhmlərin bir qisminin geri alınması haqqında.
2. “Səba” ASC-nin tək təsisçiliyi ilə yaradılmış törəmə cəmiyyət “Chicken Pro.” MMC-nin nizamnamə kapitalındakı “Səba” ASC-yə məxsus payların satılması haqqında.
3. “Biləsuvar Aqro” MMC-nin nizamnamə kapitalındakı “Səba” ASC-yə məxsus payların satılması haqqında.
4. “Səba” ASC-nin tək təsisçiliyi ilə yaradılmış törəmə cəmiyyət “Qarabağ Taxıl” MMC-nin iştirakçısı olduğu “Qarabağ Toxum” MMC-nin nizamnamə kapitalındakı paylarının satılması haqqında.
5. “Səba” ASC-nin mülkiyyətində olan Hacıqabul rayonu, Atbulaq kəndində yerləşən torpaq sahələrinin “Azerbrood”  MMC-yə satılması haqqında.

Ümumi yığıncağa gələn səhmdarlar şəxsiyyəti təsdiq edən sənəd, səhmdarların nümayəndələri isə şəxsiyyəti təsdiq edən sənəd və nümayəndənin səlahiyyətini təsdiq edən etibarnamə təqdim etməlidir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
128
50
banker.az

10Mənbələr