AZ

Blinken və Berbok Azərbaycanla Ermənistan arasında sülh sazişini müzakirə ediblər

Bakı, TurkicWorld

ABŞ dövlət katibi Antoni Blinken Almaniyanın xarici işlər naziri Annalena Berbokla Azərbaycanla Ermənistan arasında sülh sazişi istiqamətində əldə olunmuş irəliləyişi müzakirə edib.

TurkicWorld -in Dövlət Departamentinə istinadən verdiyi məlumata görə, tərəflər razılaşmanın tez bir zamanda yekunlaşmasının vacibliyini vurğulayıblar.

Vaşinqtonda NATO sammiti çərçivəsində keçirilən görüşdə həmçinin Ukraynaya dəstək məsələsi, Qəzzada atəşkəsin əldə olunması üçün səylər, Yaxın Şərqdə eskalasiyasının qarşısının alınması və İran məsələsi müzakirə edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
70
14
turkic.world

10Mənbələr