AZ

Blinken və Berbok Azərbaycanla Ermənistan arasında sülh sazişini müzakirə ediblər

ABŞ dövlət katibi Antoni Blinken Almaniyanın xarici işlər naziri Annalena Berbokla Azərbaycanla Ermənistan arasında sülh sazişi istiqamətində əldə olunmuş irəliləyişi müzakirə edib.

Olaylar-;n Dövlət Departamentinə istinadən verdiyi məlumata görə, tərəflər razılaşmanın tez bir zamanda yekunlaşmasının vacibliyini vurğulayıblar.

Vaşinqtonda NATO sammiti çərçivəsində keçirilən görüşdə həmçinin Ukraynaya dəstək məsələsi, Qəzzada atəşkəsin əldə olunması üçün səylər, Yaxın Şərqdə eskalasiyasının qarşısının alınması və İran məsələsi müzakirə edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
51
14
olaylar.az

10Mənbələr