AZ

Türkiyə enerji transformasiyasında hansı mərhələdədir?

Yazını böyüt
Yazını kiçilt

Yaşıl enerjinin transformasiyası dünyanın ən böyük milli təhlükəsizlik problemlərindən biridir. Bütün ölkələr bununla bağlı xarici asılılığa son qoymağa çalışır. Enerji müstəqilliyi qarşıdakı dövrdə ən kritik məsələlərdəndir. Türkiyənin enerji transformasiyası hansı mərhələdədir, ölkənin hazırda nə qədər bərpa olunan enerji gücü var?

Hafta.az-ın yazdığına görə, bütün bu sualları Türkiyə Enerji Strategiyaları və Siyasətləri Araşdırma Mərkəzinin (TESPAM) sədri Oğuzhan Akyenər cavablandırıb.

“Türkiyə enerji transformasiyasını milli enerji siyasətinə çevirib. Çünki enerji sahəsində xaricə asılılıq səviyyəsi kifayət qədər yüksəkdir. Ona görə də enerji transformasiyasının əsas oxu xarici asılılığın azaldılmasına yönəlib. Türkiyə enerji transformasiyasında ciddi şəkildə sürətlə gedir. 20 il əvvəl külək və günəş enerjisi əhəmiyyətsiz olduğu halda, bu gün bərpa olunan enerjinin ümumi quraşdırılmış enerjidə payı 60 faizə yaxınlaşıb. Bu nöqtədə Akkuyu Atom Elektrik Stansiyası çox əhəmiyyətli təsir nöqtəsidir. Qalanlarının da davam edəcəyi gözlənilir” deyən Oğuzhan Akyenər bildirib ki, Türkiyə nüvə stansiyalarından başqa yenilənə bilən enerjiyə çoxlu investisiyalar edib. Bu investisiyalar nəticəsində ölkə, quraşdırılmış su elektrik enerjisini 23,8 giqavata çatdırıb. Türkiyənin günəş enerjisində quraşdırılmış gücü artıq 15 giqavat, külək enerjisində gücü isə 12,2 gigavatdır.

Akyenərin sözlərinə görə, ümumilikdə Türkiyənin quraşdırılmış elektrik enerjisi gücü 110 gigavatdır. Bunun da 57,2 faizi bərpa olunan enerjidən əldə edilir.

Seçilən
139
22
hafta.az

10Mənbələr