AZ

Vəkillər Kollegiyasında yeni təyinatlar

Vəkillər Kollegiyasının (VK) Aparatında yeni şöbə yaradılıb.

Aktual.az xəbər verir ki, bu barədə qərar iyulun 10-da VK Rəyasət Heyətinin keçirilən iclasında qəbul olunub

Qərara əsasən, VK Aparatında Qəbul şöbəsi yaradılıb. Həmin şöbəyə isə Rahilə Ağaquliyeva təyin edilib.

Həmçinin, iclasda Vəkillər Kollegiyasının (VK) üzvlüyünə qəbulla bağlı elektron sistemin təqdimatı olub. İclasda "Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı ixtisas imtahanlarının keçirilməsi Qaydaları"nda dəyişiklik edilməsi məsələsinə baxılıb və müsbət qərar çıxarılıb.

Nəzərə çatdırılıb ki, yaxın günlərdə elan olunacaq sənəd qəbulunda iştirak arzusunda olan, "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin tələblərinə cavab verən şəxslər test mərhələsində iştirak üçün Kollegiyanın rəsmi veb-saytı (https://barassociation.az/candidate-login) vasitəsi ilə elektron internet səhifəsindən "Vəkilliyə qəbul" bölməsinə daxil olaraq onlayn qeydiyyatdan keçməlidirlər.

Bundan başqa, Kollegiya Aparatının baş hüquqşünas-məsləhətçisi Səttar Məmmədova da yeni vəzifə verilib. O, Aparat rəhbərinin müavini təyin olunub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
118
6
ulusum.az

10Mənbələr