AZ

Vəkillər Kollegiyasında yeni təyinatlar olub

Vəkillər Kollegiyası (ARVK) Rəyasət Heyətinin növbəti iclası keçirilib.

Bu barədə Mia.az-a ARVK-dən məlumat verilib.

Qeyd edilib ki, iclasda “Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı ixtisas imtahanlarının keçirilməsi Qaydaları”nda dəyişiklik edilməsi məsələsinə baxılıb və müsbət qərar çıxarılıb, o cümlədən ARVK üzvlüyə qəbulla bağlı elektron sistemin təqdimatı olub. Nəzərə çatdırılıb ki, yaxın günlərdə elan olunacaq sənəd qəbulunda iştirak arzusunda olan, "Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin tələblərinə cavab verən şəxslər test mərhələsində iştirak üçün Kollegiyanın rəsmi veb-saytı (https://barassociation.az/candidate-login) vasitəsi ilə elektron internet səhifəsindən “Vəkilliyə qəbul” bölməsinə daxil olaraq onlayn qeydiyyatdan keçməlidirlər.

Bildirilib ki, iclasda Rəyasət Heyəti tərəfindən Kollegiya Aparatının baş hüquqşünas-məsləhətçisi Səttar Məmmədovun Baş katibin müavini (Aparat rəhbərinin müavini) təyin edilməsi barədə qərar qəbul olunub. Eyni zamanda Aparatda yeni Qəbul şöbəsi yaradılıb. Qərara əsasən, həmin şöbəyə isə Rahilə Ağaquliyeva təyin edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
135
6
mia.az

10Mənbələr