AZ

Sabah Bakıda az yağış yağacaq

Azərbaycanda iyulun 12-də əsasən yağmursuz olacaq, lakin qısamüddətli az yağış yağacağı ehtimal edilir.

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək, lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacaq. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

Gecə 21-26 dərəcə isti, gündüz 31-36 dərəcə isti olacaq.

Azərbaycanın əksər rayonlarında hava əsasən yağmursuz keçəcək, lakin bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacaq. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacaq, şimşək çaxacaq, dolu düşəcək.Gecə və səhər arabir duman olacaq. Şərq küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək.

Gecə 21-26 dərəcə isti, gündüz 34-39 dərəcə isti, dağlarda gecə 11-16 dərəcə isti, gündüz 20-25 dərəcə isti olacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
265
45
turan.az

10Mənbələr