AZ

Bakıda bu gün 34 dərəcə isti olacaq

Avqustun ilk şənbəsi ölkə ərazisində hava dəyişkən buludlu keçəcək.

Ednews  xəbər verir ki, Bakıda və Abşeronda qısamüddətli az yağış yağacağı ehtimalı var, gecə 21-26° isti, gündüz 29-34° isti təşkil edəcək.

Respublikanın bəzi dağlıq və dağətəyi rayonlarında fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir.

Rayonlarda gecə 20-24° isti, gündüz 31-36° isti, dağlarda gecə 10-15° isti, gündüz 17-22° isti proqnozlaşdırılır.

Gecə və səhər arabir duman müşahidə ediləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
90
1
ednews.net

10Mənbələr