AZ

Ərdoğan ABŞ-ni terrorçuları dəstəkləməkdə ittiham etdi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ni Suriyada terrorçulara dəstək verməkdə ittiham edib.
Oxu.az xəbər verir ki, o bu barədə "Newsweek" jurnalına müsahibəsində bildirib.
"Qonşu Suriyadakı münaqişə ən çox ölkəmizə təsir edib. ABŞ Suriyadakı kürdləri deyil, terrorçuları dəstəkləyir. Suriya kürdlərini dəstəkləyən və onların hüquqlarını qoruyan yeganə tərəfik", - deyə dövlət başçısı qeyd edib.
Onun sözlərinə görə, Kürd Fəhlə Partiyası, Xalq Özünümüdafiə Birlikləri və Demokratik Birlik Partiyası İŞİD-ə qarşı mübarizə adı altında bölgədə terror fəaliyyəti həyata keçirir. ABŞ-nin dəstək verdiyi bu terrorçular xüsusən də Suriya kürdlərini təqib edir, bölgədəki kürdləri, ərəbləri, türkmənləri təhdid edir, onları öz torpaqlarını tərk etməyə məcbur edirlər.
"Biz İŞİD-ə qarşı mübarizədə birbaşa iştirak edən yeganə NATO ölkəsiyik və Suriyada sülh mühiti yaratmağa çalışırıq. Bizim əsas istəyimiz Suriyanın regional və dünya güclərinin rəqabət apardığı bir ölkə deyil, firavan, terrordan tamamilə azad və suriyalılar tərəfindən idarə olunan bir dövlət olmasıdır", - Ərdoğan vurğulayıb.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
142
50
oxu.az

10Mənbələr