AZ

ABŞ-ın 225 milyonluq hərbi paketinə nələr daxildir?

ABŞ-ın Ukraynaya 225 milyon dollarlıq yeni yardım paketinə "Patriot" zenit-raket kompleksi üçün batareya, NASAMS hava hücumundan müdafiə sistemləri üçün mərmilər və digər döyüş sursatları daxildir.

Bakıvaxtı.az bildirir ki, bu barədə ABŞ Dövlət katibi Entoni Blinkenin bəyanatında deyilir.

"Bu 225 milyon dollarlıq paketə "Patriot" raket batareyası, NASAMS mərmiləri, "Stinger" daşına bilən hava hücumundan müdafiə raketləri, HİMARS reaktiv yaylım atəşi üçün mərmilər, 155 mm və 105 mm-lik mərmilər, TOV tank əleyhinə mərmilər, həmçinin "Javelin" və AT-4 üçün mərmilər, güllələr və əlavə avadanlıqlar daxildir", - deyə Blinken bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
89
28
bakivaxti.az

10Mənbələr