AZ

Avstraliyadan Ukraynaya 250 milyonluq YARDIM

Avstraliya hökuməti Ukraynaya 250 milyon dollar dəyərində ən böyük hərbi yardım paketini açıqlayıb.

Busaat.az xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, Avstraliya hökuməti Ukraynaya 250 milyon dollar dəyərində ən böyük hərbi yardım paketini göndərəcək.

Yardım paketinə hava hücumundan müdafiə raketləri, hava-yer tipli silahlar və tank əleyhinə silahlar, həmçinin minaatan, toplar və atıcı silahlar üçün artilleriya mərmiləri və sursatların daxil olacağını bildirilib.

Qeyd olunub ki, bu elan Avstraliyanın Ukraynaya ümumi hərbi yardımını 1,1 milyard dollardan çox təşkil edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
91
28
busaat.az

10Mənbələr