AZ

Paşinyanı “Torpaqlarımızı əlimizdən almayın” plakatı ilə qarşıladılar - VİDEO

Ermənistanın baş anziri Nikol Paşinyan Araqatsotn rayonuna səfər edib.

"Mamul" nəşrinin yaydığı məlumata görə, baş naziri Vardenut kəndində “Torpaqlarımızı əlimizdən almayın” yazılmış plakatlarla qarşılayıblar. Sakinlər hökumətin 110 hektar kənd torpağı ilə bağlı çıxarılan qərara, ərazinin investisiya şirkətinə satılmasına etiraz ediblər.

Kənd sakinlərindən biri deyib ki, layihəni reallaşdırmağa çalışanlar  reketçilik yolu, hədələrlə torpaqlar onun əlimdən almaq istəyirlər.  “Dövlət bizdən alıb kimə satır? Biz də o layihədə iştirak edib torpaq almaq istəyirik. 107 təsərrüfat torpağı niyə bizə satılmır?",- kəndlilər gileyləniblər.

Onlar Paşinyanla görüşdə bildiriblər ki, baş nazir onların son ümididir: “Paşinyan, sən bizim son ümidimizsən, problemi vicdanla həll etməsən, Vardenut məhv olacaq”.

Tural

News365.az


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
100
26
news365.az

10Mənbələr