AZ

“Paşinyanı dəyişməsək, ölkəmizi itirmiş olarıq” - Ermənistanın keçmiş baş naziri

“Ermənistanın baş naziri Nikol Paşinyanı dəyişməsək, ölkəmizi itirmiş olarıq”.

Missiya.Az “Hraparak” nəşrinə istinadən xəbər verir ki, bunu Ermənistanın keçmiş baş naziri Hrant Baqratyan deyib.

“Yeri gəlmişkən, növbəti seçkiləri gözləmək imkanı yoxdur, baxmayaraq ki, o dövr artıq yaxınlaşır. Əminəm ki, o, müxalifətdən qorxur. İndi yəqin oturub fikirləşir: yaxşı, bu axmaqlar mənə necə dözə bilər?”, - deyə siyasətçi vurğulayıb.

Baqratyan qeyd edib ki, hökumətin qaçmağa yeri yoxdur və Nikol daim nokdaun vəziyyətində olacaq.

 

Daşqın HəsənovMissiya.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
96
26
missiya.az

10Mənbələr