AZ

Moskva vilayətində "Superdjet" sərnişin təyyarəsi qəzaya uğrayıb

"Superdjet” sərnişin təyyarəsi Moskva vilayətində qəzaya uğrayıb.

SİA xəbər verir ki, bu barədə TASS və İnterfaks mənbələrə istinadən məlumat yayıb.

İlkin məlumatlara görə, təyyarədə sərnişin olmayıb, yalnız üç nəfərdən ibarət ekipaj olub. Hamısı ölüb.

“İnterfaks”ın məlumatına görə, hadisə Kolomna yaxınlığındakı Apraksino kəndi yaxınlığında baş verib.

Təyyarənin planlaşdırılmış təmirdən sonra sınaq uçuşu həyata keçirdiyi bildirilir.

Sukhoi Superdjet 100 (SSJ100) Rusiya istehsalı olan təyyarədir. Bu təyyarə ilə sonuncu böyük fəlakət 5 may 2019-cu ildə Şeremetyevo hava limanında baş vermişdi.

Əli Babayev

Seçilən
122
18
sia.az

10Mənbələr