Moskva vilayətində qəzaya uğrayan “Sukhoi Superjet 100” sərnişin təyyarəsinin ekipajı qəza siqnalı göndərə bilib, bundan sonra o, radarlardan itib.
Viral.az “TASS”a istinadən xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarından məlumat verilib.
Təyyarə iyulun 12-də günorta saatlarında Moskva vilayətinin Kolomenski rayonunda sınaq uçuşu zamanı qəzaya uğrayıb. Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, təyyarə meşəlik əraziyə düşüb.
Təyyarənin göyərtəsində üç ekipaj üzvü olub. İlkin məlumata görə, heç kim sağ qalmayıb.
(redaktor.az)