AZ

Xankəndi və Şuşada xeyli silah-sursat aşkarlandı

Son bir həftə ərzində Xankəndi və Şuşada xeyli silah-sursat tapılıb.

Bu barədə Day.Az-a Daxili İşlər Nazirliyindən bildirilib.

Məlumata görə, həyata keçirilən tədbirlərlə 6-12 iyul tarixlərində polis əməkdaşları tərəfindən Xankəndi şəhəri ərazisindən 9 avtomat silahı, 2 tapança, 4 tüfəng, 8 qumbara, 7 alışdırıcı, 7 süngü-bıçaq, 28 patron darağı, 602 ədəd müxtəlif çaplı patron və digər sursatlar, Şuşa şəhərinin Böyük Qaladərəsi kəndi ərazisindən isə 1 pulemyot, 1 avtomat, 1 tapança və 1 ədəd tüfəng aşkar edilərək götürülüb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
75
49
day.az

10Mənbələr