AZ

Son bir həftədə Xankəndi və Şuşada aşkarlanan silah-sursatların sayı açıqlanıb

Son

Bakı, 13 iyul, AZƏRTAC

İşğaldan azad olunan bölgələrin təhlükəsiz əraziyə çevrilməsi üçün Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən tədbirlər görülür.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, müharibə qalıqları, təhlükə mənbələrinin aşkarlanıb zərərsizləşdirilməsi prosesi fasiləsiz davam etdirilir. Bölgənin silah-sursat və partlayıcı maddələrdən təmizlənməsi işi xidmətə cəlb edilən daxili işlər orqanları əməkdaşlarının əsas fəaliyyət istiqamətlərindən biridir.

Həyata keçirilən tədbirlərlə iyulun 6-12-dək polis əməkdaşları tərəfindən Xankəndi şəhəri ərazisindən 9 avtomat silahı, 2 tapança, 4 tüfəng, 8 qumbara, 7 alışdırıcı, 7 süngü-bıçaq, 28 patron darağı, 602 müxtəlif çaplı patron və digər sursatlar, Şuşa şəhərinin Böyük Qaladərəsi kəndi ərazisindən isə 1 pulemyot, 1 avtomat, 1 tapança və 1 tüfəng aşkarlanaraq götürülüb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
92
1
azertag.az

10Mənbələr