Bakı. Trend:
Türkiyə 2024-cü ilin yanvar-iyun aylarında Özbəkistana kimyəvimaddə məhsulları ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 7,8faiz azalaraq 172,3 milyon dollara çatdırıb.
Trend-in TurkicWorld-ə istinadənməlumatına görə, bu barədə Türkiyə Ticarət Nazirliyindənbildiriblər.
"2024-cü ilin iyun ayında Türkiyənin Özbəkistana kimyəvi maddəməhsulları ixracı 2023-ci ilin eyni ayı ilə müqayisədə 14,3 faizazalaraq, 29 milyon dollara bərabər olub", - deyə məlumatda qeydedilib.
Qeyd edək ki, Türkiyə 2024-cü ilin yanvar-iyun aylarında kimyəvimaddə məhsulları ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 7,9faiz artıraraq 15,8 milyard dolları ötüb.
“2024-cü ilin iyun ayında Türkiyənin dünya bazarlarına kimyəvimaddə məhsulları ixracı 2023-ci ilin eyni ayı ilə müqayisədə 6,5faiz azalaraq, 2,2 milyard dollara bərabər olub”, – deyə məlumatdaqeyd edilib.
Qeyd olunub ki, son 12 ay ərzində (iyun 2023-iyun 2024) Türkiyə31,6 milyard dollar məbləğində kimyəvi maddə məhsulları ixracedib.