AZ

Çexiyaya xam neft məhsullarının ixracı artıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycandan Çexiyaya 490,9 milyon ABŞ dolları dəyərində 762,9 min tondan çox bitumlu süxurlardan alınan xam neft və xam neft məhsulları ixrac olunub.

Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricilərini dəyər ifadəsində təqribən 15 faiz və ya 63,8 milyon dollar, həcm baxımından isə 9,2 faiz və ya 64,1 min ton üstələyir.

Qeyd edək ki, cari ilin ilk 6 ayı ərzində ölkədən ümumilikdə 7 milyard dollar dəyərində 11 milyon tondan çox xam neft məhsulları ixrac edilib. Bu məhsul kateqoriyası üzrə idxalçı ölkələr sırasında Çexiya 4-cü yerdə qərarlaşıb və ixrac həcminin 6,87 faizi məhz bu ölkənin payına düşüb.

Seçilən
163
2
vergiler.az

10Mənbələr