AZ

Yamal ad gününə anasından istədiyi hədiyyəni açıqladı

Bu gün 17 yaşı tamam olan İspaniya millisinin və “Barselona”nın cinah oyunçusu Lamin Yamal anasına doğum günü şərəfinə etdiyi xahişdən danışıb.

“Anama dedim ki, qalib gəlsək, heç bir hədiyyə istəmirəm, sadəcə Madriddə komanda yoldaşlarımla qeyd etməyimə icazə versin. Vəssalam.

AÇ-2024-də çempionluq möhtəşəm bir şeydir. Hava limanından başlayaraq bütün İspaniya dəli olacaq. İspaniyaya inanılmaz eyforiya içində qayıda bilərik. Avropa çempionatında qalib gəlmək belə bir hissdir. Sonuncu dəfə belə bir hissi ölkəmiz 2012-ci ildə yaşayıb”, – deyə Yamal “Marca” qəzetinə fikrini bildirib.

Xatırladaq ki, AÇ-2024-ün finalında İspaniya millisi İngiltərə ilə qarşılaşacaq. Bu görüş iyulun 14-də baş tutacaq. Qarşıdurma Berlindəki “Olimpiastadion” stadionunda baş tutacaq. Görüşün baş hakimi Fransua Leteksye olacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
139
22
futbolinfo.az

10Mənbələr