AZ

Litva Belarus sərhədindəki keçid məntəqəsində nəqliyyatın keçidini dayandırıb


Texniki səbəblərə görə Litva tərəfi Belarus sərhədində fəaliyyət göstərən iki sərhəd-keçid məntəqəsindən birindən nəqliyyatın keçidini dayandırıb.Bu barədə Belarus Dövlət Sərhəd Komitəsi məlumat yayıb.

"Qonşu tərəfdən verilən məlumata görə, iyulun 14-də saat 03:00-dan Litvanın Medininkay keçid məntəqəsində (qonşu Belarusun "Kamennı Log”) proqram təminatının işində problemlər qeydə alınıb. Bununla əlaqədar olaraq, qonşu tərəf texniki səbəblərdən Litvaya gedən sərnişin və yük daşımalarını müvəqqəti dayandırıb”, - məlumatda deyilir.

Sərhəd komitəsi qeyd edib ki, Belarus istiqamətində nəqliyyatın rəsmiləşdirilməsi adi qaydada həyata keçirilir.

Belarusla qonşu olan Aİ ölkələri əvvəllər də müxtəlif səbəblərlə bir neçə avtomobil sərhəd-keçid məntəqəsinin işini dayandırmışdı.
www.anews.az
Seçilən
140
5
anews.az

7Mənbələr