AZ

Litva Belarus sərhədindəki keçid məntəqəsində nəqliyyatın keçidini dayandırıb

Texniki səbəblərə görə Litva tərəfi Belarus sərhədində fəaliyyət göstərən iki sərhəd-keçid məntəqəsindən birindən nəqliyyatın keçidini dayandırıb.

QAZÌLER.AZ  APA-ya istinaden xəbər verir ki, bu barədə Belarus Dövlət Sərhəd Komitəsi məlumat yayıb.

“Qonşu tərəfdən verilən məlumata görə, iyulun 14-də saat 03:00-dan Litvanın Medininkay keçid məntəqəsində (qonşu Belarusun “Kamennı Log”) proqram təminatının işində problemlər qeydə alınıb. Bununla əlaqədar olaraq, qonşu tərəf texniki səbəblərdən Litvaya gedən sərnişin və yük daşımalarını müvəqqəti dayandırıb”, - məlumatda deyilir.

Sərhəd komitəsi qeyd edib ki, Belarus istiqamətində nəqliyyatın rəsmiləşdirilməsi adi qaydada həyata keçirilir.

Qeyd edək ki, Belarusla qonşu olan Aİ ölkələri əvvəllər də müxtəlif səbəblərlə bir neçə avtomobil sərhəd-keçid məntəqəsinin işini dayandırmışdı.

Seçilən
123
5
qaziler.az

7Mənbələr