AZ

UNEC-in tələbəsi dənizdə boğuldu - FOTO

Azərbaycanda daha bir gənc dənizdə boğulub.

“Qafqazinfo” xəbər verir ki, UNEC-in “Maliyyə və mühasibat” fakültəsinin III kurs tələbəsi İmran Cəbrayılov dənizdə boğularaq dünyasını dəyişib.

Bildirilib ki, İ.Cəbrayılov UNEC-ə 554 balla qəbul olunubmuş.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib ki, iyulun 15-də Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində nəzarətsiz ərazidə dənizdə batmış 2004-cü il təvəllüdlü Cəbrayılov İmran Əli oğlunun meyiti elə həmin gün FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
96
36
azpolitika.info

10Mənbələr