AZ

III kurs tələbəsinin ölüm səbəbi BİLİNDİ

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) III kurs tələbəsinin meyiti dənizdən tapılıb.

Day.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN)  bildirilib.

Qeyd olunub ki, iyulun 15-də Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində nəzarətsiz ərazidə dənizdə batmış 2004-cü il təvəllüdlü İmran Əli oğlu Cəbrayılovun meyiti elə həmin gün FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
108
4
day.az

10Mənbələr