AZ

Bayden bu şərtlə prezidentlik yarışından çəkilər - AÇIQLAMA

Amerika lideri Co Bayden prezidentlik yarışından çıxmaq şərtini açıqlayıb.    Manset.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ lideri həkimlərin onun səhhətində problem olduğunu aşkar edərlərsə, prezidentlik yarışından imtina edəcəyini deyib.  "Mənim hansısa xəstəliyim olsa, kimsə - həkimlər gəlib desə ki, sizin filan probleminiz var...", - deyə o, müvafiq sualı cavablandırıb. Bundan əvvəl o, sağlamlıq vəziyyətinin əlavə müayinələrə ehtiyac duymadığını, lakin həkimlər tələb edərsə, buna hazır olduğunu bildirib. Xatırladaq ki, iyulun 13-də ABŞ-də aktivlərə sahib olan britaniyalı milyarder Riçard Brenson Co Baydeni seçkidə namizədlikdən imtina etməyə və estafeti gənc nəslə ötürməyə çağırıb. Həmçinin, ABŞ-nin Demokrat Partiyasından olan 24 keçmiş konqresmendən ibarət qrup Baydenə məktub göndərərək ona prezident seçkisində iştirakdan imtina etməsi ilə bağlı çağırış edib. Demokrat Partiyasının nəhəng sponsorlarından bəziləri isə prezident seçkisində Co Baydenin yerinə yeni namizəd tapılana qədər 90 milyon dollar məbləğində ianələrin köçürülməsini dayandırıblar.   Fidan Əliyeva

Manşet.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
82
50
manset.az

10Mənbələr