AZ

Sel: Küçələri və evləri su basdı

Rekord səviyyədə yağan yağışlar səbəbindən Torontoda küçə və prospektlər su altında qalıb.

News24.az xəbər verir ki, təxminən 167 min insanın işıqsız qaldığı şəhərdə sürücülər su basmış yollarda qalıb.

Yağışlar nəticəsində bir qatar stansiyasının su altında qaldığı görülərkən, bir çox evi də su basıb. Səlahiyyətlilər avtomobillərində sıxışmış ən azı 14 nəfəri xilas etdiklərini açıqlayıb.

Dünyaca məşhur reper Dreyk də sosial media hesabında su altında qalan evinin görüntülərini paylaşıb. Billy Bishop hava limanında bir çox reyslər təxirə salınıb və ya ləğv edilib.

Günel Məlikzadə

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
129
42
news24.az

10Mənbələr