Gürcüstanla sərhəddə zəlzələ baş verib.
Xezerxeber.az-ın məlumatına görə, yeraltı təkan Azərbaycanla sərhəddə yaxın rayonlarda - Ağstafa, Tovuz, Balakən, Zaqatala, Gəncə, Gədəbəy və digər ərazilərdə 3-4 bala qədər hiss olunub.
Zəlzələ dağıdıcı olmasa da, ətraf ərazilərdə yaşayan sakinləri qorxuya salıb.
Fövqəladə Hallar Nazirliyi də Gürcüstan-Azərbaycan sərhədindəki zəlzələ ilə bağlı məlumat yayıb. Bildirilib ki, zəlzələ nəticəsində Azərbaycan ərazisində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb.
Bu arada, Quba rayonunda da 3.2 maqnitudalı zəlzələ olub.Yeraltı təkan Xınalıq stansiyasından 12 km qərbdə qeydə alınıb. Zəlzələ ocağı 43 kilometr dərinlikdə yerləşib və hiss olunmayıb.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.