AZ

Qəbul imtahanlarının nəticələri AÇIQLANDI

Dövlət İmtahan Mərkəzi II və III ixtisas qrupları (o cümlədən I ixtisas qrupu üzrə RK və Rİ altqruplarının hər ikisini seçənlər üçün informatika fənni) üzrə 7 iyul 2024-cü il tarixində keçirilmiş qəbul imtahanının nəticəsini elan edib.

Bu barədə "Unikal"a Mərkəzdən məlumat verilib.

Bildirilib ki, imtahanda iştirak edən abituriyentlər nəticələri, cavab kartı və cavab vərəqinin qrafik təsvirləri, həmçinin hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları (tapşırığın ehtimal olunan doğru cavabları, həlli və qiymətləndirmə şkalası) ilə buradan tanış ola bilərlər.

Abituriyentlər imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə imtahana buraxılış vərəqəsində verilən kodu 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

İmtahanda iştirak etmək üçün ərizə təsdiq etmiş 38625 abituriyentdən (II qrup üzrə 17431 nəfər, III qrup üzrə 21194 nəfər) 966 nəfər (II qrup üzrə 568 nəfər, III qrup üzrə 398 nəfər) imtahanda iştirak etməyib. İmtahanda iştirak edən abituriyentlərdən 8 nəfər qaydaları pozduqlarına görə imtahandan xaric olunub və nəticələri ləğv edilib.

I ixtisas qrupu üzrə RK və Rİ altqruplarının hər ikisini seçən 8896 abituriyentdən 656 nəfər informatika fənni üzrə imtahana gəlməyib.

Bu imtahanda II ixtisas qrupu üzrə ən yüksək nəticəni (400 bal) 1 nəfər göstərib. İmtahanda 400 bal toplayan Xırdalan şəhər 2 saylı orta məktəbin məzunu Novruzova Şəbnəm Ramin qızı hər iki mərhələnin cəminə görə maksimal olan 700 bal toplayıb. Həmin abituriyent imtahanın birinci mərhələsində 300 bal toplamışdır.

Bu imtahanda III ixtisas qrupu üzrə ən yüksək nəticəni 388.0 bal toplayan Bakı şəhər 278 saylı orta məktəbin məzunu Məmmədova Aytac Əsgər qızı göstərib. O, imtahanın birinci mərhələsində 290.1 bal toplayıb. Hər iki mərhələnin cəminə görə III ixtisas qrupu üzrə ən yüksək nəticəni isə 687.2 bal toplayan Saatlı rayon Varxankənd kənd orta məktəbinin məzunu Səfərova Leyla Abuzər qızı göstərib. O, imtahanın birinci mərhələsində 300, ikinci mərhələsində isə 387.2 bal toplayıb.

Xatırladaq ki, imtahanın I mərhələsində maksimal olaraq 300, II mərhələsində isə 400 bal toplamaq mümkündür. Müsabiqə hər iki mərhələdə toplanılan balların cəminə görə aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
110
5
unikal.az

10Mənbələr