AZ

Medvedçuk Trampa məktub yazaraq ona qarşı sui-qəsddə "Ukrayna izi"ndən danışıb

"Sizə prezident seçkilərində qalib gəlməyinizə mane olmaq üçün bu yaramaz heç nə qarşısında dayanmayacaq..."
 
Sabiq deputat hazırda Rusiyada yaşayır və Ukraynaya qarşı fəal pozuculuq işi aparır
 
Dövlətə xəyanətdə şübhəli bilinən Ukrayna Ali Radasının sabiq deputatı Viktor Medvedçuk ABŞ-ın gələcək potensial prezidentinə Rusiyanın tammiqyaslı təcavüzü qarşısında Ukraynanı hərbi yardımsız qoymağa çağırış edib.
 
Moderator.az xəbər verir ki, bu barədə SİTA dövlət agentliyi məlumat yayıb.
 
Məlumatda deyilir ki, Rusiyada yaşayan Ukrayna Ali Radasının sabiq deputatı Viktor Medvedçuk ABŞ prezidentliyinə namizəd Donald Trampa məktub yazaraq onun həyatına şənbə günü törədilən sui-qəsddə "Ukrayna izi"ndən danışıb.
 
Öz məktubunda Medvedçuk o cümlədən qeyd edib ki, Tramp seçkiöncəki bəyanatlarında Ukraynaya sülh gətirəcəyini vəd edib.
 
"Lakin bu sülh Zelenski və onun Bayden administrasiyasındakı amerikalı kuratorlarının nasist rejiminin hakimiyyətini itirməsi deməkdir.
 
Məhz buna görə də, hörmətli cənab Tramp, Siz ukraynalı neonasist Zelenskinin şəxsi düşməninə çevrilmisiniz və prezident seçkilərində Sizin qalib gəlməyinizə mane olmaq üçün bu yaramaz heç nə qarşısında dayanmayacaq. Düşünürəm ki, Sizə qarşı sui-qəsddə Ukrayna izi üzə çıxacaq", - məktubda deyilir.
 
SİTA agentliyi məktubun məzmunu barədə məlumatında belə bir yalan iddia irəli sürür ki, bu yaxınlarda Ukrayna Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanov, guya, Vladimir Putinə qarşı bir neçə sui-qəsd cəhdlərini etiraf edib.
 
Əslində isə Budanov bu sui-qəsdlərin Ukrayna tərəfindən təşkil edildiyini deməyib. O, yalnız onu deyib ki, Putinə qarşı sui-qəsdlər olub.
 
Bundan başqa, məktubda belə bir iddia edilib ki, Ukrayna prezidenti Ofisinin rəhbəri Andrey Yermak, guya, "Rusiya ilə sülhə tərəfdar olan ukraynalıları məhv etməyı vəd edib".
 
Lakin SİTA nə məktubun bu hissəsindən, nə də Yermakın sözlərindən iqtibas gətirməyib. Bu səbəbdən "Yermakın vədlərinin" təhrif edilməsi və ya Rusiya təbliğatı tərəfindən tamamilə uydurulmasını demək mümkün deyil. 
 
Trampa məktubunda Medvedçuk həmçinin Ukraynaya hərbi yardımın "eskalasiyaya kömək etdiyi və hətta münaqişə bitəndən sonra da silahın yayılması risklərini xeyli artırdığı" barədə Kremlin klassik narrativlərini təkrar edib.
 
Məktubdan heç bir iqtibas gətirmədən SİTA yazır ki, Ukraynaya verilən zenit-raket kompleksləri və PUA-lar, guya, "qara bazarda sərbəst satılır" və onlardan bütün dünya boyunca radikal və terrorçu qruplaşmaları tərəfindən istifadə edilir.
 
Medvedçuk iddia edir ki, prezident Vladimir Zelenski, guya, Ukraynada hakimiyyəti qəsb edib və müharibənin davam etdirilməsində şəxsən maraqlıdır. Medvedçuk həmçinin Trampa Ukraynaya silah dəstəyini dayandırmağa çağırış edib.
 
Bu zaman SİTA məktubda məhz Rusiyanın tammiqyaslı müharibəni törətdiyini və ərazilərinin böyük hissəsini güzəşt etməyi tələb etməklə Ukraynanı bundan sonra da təhdidlə şantaj etməsi barədə bircə xatırlatma olduğunu dəqiqləşdirmir.
Seçilən
140
47
moderator.az

10Mənbələr