Yaxın aylarda Dünya Bankının “Business Ready” hesabatı ilə bağlı qiymətləndirmələrə başlaması gözlənilir.
Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədrinin müavini Rəşad Orucov “Maliyyə bazarlarının inkişafı və kreditlərin əlçatanlığı” işçi qrupunun iclasında bildirib.
“Bu xüsusda işçi qrupunun yeni Yol Xəritəsində nəzərdə tutulmuş tədbirlərin icrasının həm dövlət, həm də özəl sektor nümayəndələri arasında aparılacaq qiymətləndirmə nəticələrinə müsbət təsir edəcəyini gözləyirik”, – deyə o qeyd edib.