Niderlandın "ING Group" şirkəti Azərbaycan Mərkəzi Bankının (AMB) 2024-2025-ci illərdə uçot dərəcəsini 7 % səviyyəsində proqnozlaşdırıb.
"Report" şirkətin açıqladığı proqnozlarına istinadən xəbər verir ki, bu, daha əvvəl açıqlanan proqnoza nisbətən həm bu il, həm də gələn il üçün 0,5 faiz bəndi çoxdur.
"ING Group" 2026-cı ilin sonuna Azərbaycanda uçot dərəcəsinin 7,5 % səviyyəsində olacağını proqnozlaşdırır.
Qeyd edək ki, AMB-nin İdarə Heyəti bu ilin iyulun 31-də uçot dərəcəsinin 7,25 % səviyyəsində saxlanılması barədə qərar qəbul edib. Faiz dəhlizinin aşağı həddi 6,25 %-də, yuxarı həddi isə 8,25 %-də saxlanılıb. Növbəti qərar sentyabr ayında gözlənilir. "ING Group" uçot dərəcəsinin bu iclasda 7 %-ə enəcəyini proqnozlaşdırır.