AZ

Zelenski Trampı sərt tənqid edib

"ABŞ-nin eks-prezidenti Donald Tramp Ukraynada baş verənləri, həqiqətən də, başa düşmür”.

İqtisadiyyat.az xəbər verir ki, bunu BBC-yə müsahibəsində Ukrayna lideri Volodimir Zelenski deyib.

“Ola bilsin ki, o, həqiqətən də, Ukraynada nə baş verdiyini anlamır, ona görə də biz ABŞ ilə işləməliyik”, - dövlət başçısı qeyd edib.

Zelenski əlavə edib ki, Tramp administrasiyası ABŞ-də hakimiyyətə gələrsə, onunla işləmək çətin olacaq.

Qeyd edək ki, Tramp əvvəllər də bildirib ki, seçkilərdə qalib gəlsə, Ukraynadakı münaqişəni bir gündə həll edə bilər. Eyni zamanda, siyasətçi planının təfərrüatlarını açıqlamayıb.

 

Sadiq Cavadov

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
102
44
iqtisadiyyat.az

10Mənbələr