AZ

Almaniya Trampı dinləmədi, müharibə başladı - Qrenell

Əgər Donald Tramp prezident seçkilərində qalib gəlsə, Avropa Ukraynaya kömək üçün daha çox pul ödəyəcək.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu ABŞ-ın Almaniyadakı keçmiş səfiri, siyasətçinin yaxın müttəfiqi Riçard Qrenell "Bild"ə müsahibəsində deyib.

Onun sözlərinə görə, Almaniya hakimiyyəti Trampın siyasətinə dəhşətli dərəcədə yanlış münasibət göstərib:

"Şimal axını-2 Ukrayna müharibəsinin səbəblərindən biri oldu. Almaniya hakimiyyəti Donald Trampı dinləmədi. Mən buna görə üzrxahlıq istəyərdim".

Qrennel Co Baydeni Putinlə danışıqlar aparmadığına görə tənqid edib:

"Avropada Rusiyanın işğalçı hücumuna görə müharibə gedir və Co Bayden Putinlə danışmadı. Düşünürəm ki, insanlarla danışmaq bir taktikadır. Bu, məqsəd deyil, həll yolu deyil, amma bizi oraya çatdırır".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
80
2
milli.az

10Mənbələr